Bu qış Ukrayna Rusiyadan qaz almayacaq

Ukraynanın “Naftoqaz” dövlət şirkəti 2016-cı ilin sonuna qədər Rusiyadan təbii qaz almayacaq.

631347
Bu qış Ukrayna  Rusiyadan qaz almayacaq

 Bunu “Naftoqaz”ın rəhbəri Andrey Kobolev deyib. 

Kobolev: “Bizim hesablamalarımıza  görə, ilin sonunadək Rusiya qazını almayacağıq. Əgər Rusiya tərəfi razılaşmanın standart şərtlərini qəbul etməyəcəksə, o zaman qışın sonunadək Rusiya qazından imtina edəcəyik. Biz Stokholm arbitraj məhkəməsinin qərarını gözləyirik” deyə söyləyib.
 
Qeyd edək ki, dekabrın 9-da  Brüsseldə keçirilən Rusiya-Ukrayna-Avropa İttifaqı üçtərəfli görüşündə Moskva ilə Kiyev arasında qiymətlə bağlı fikir ayrılığı yaranıb. Rusiyanın energetika naziri Aleksandr Novak danışıqların konstruktiv keçdiyini və tərəflərin qış vaxtında qazın ötürülməsinə dair detalları müzakirə etdiyini söyləyib. Andrey Kobolev isə razılıq əldə olunmadığını söyləyib və əlavə razılaşmanın imzalanmasına ehtiyac duyulduğunu deyib. 
 
Ukrayna 2015-ci ilin sonundan Rusiya qazını almaqdan imtina edib və əvəzində Avropadan daha ucuz qiymətə qaz alacağını açıqlayıb



Әlaqәli Xәbәrlәr