Gentiloni hökuməti Nümayəndələr Palatasında etimad səsverməsindən keçdi

İtaliyada baş nazir Paolo Gentiloninın qurduğu koalisiya hökuməti iki palatalı parlamentdəki ilk sınağından keçdi.

630026
Gentiloni hökuməti Nümayəndələr Palatasında etimad səsverməsindən keçdi

 İtaliyada Demokrat Partiyası Yeni Mərkəz Sağ Partiyası, Mərkəz Birliyi və texnokratlardan ibarət  Gentiloni hökuməti  parlamentin alt palatası olan Nümayəndələr Palatasında keçirilən  etimad səsverməsində 105 səsə qarşı 368 səslə keçdi.
 
 Səsverməyə müxalifət partiyaları olan Beş Ulduz Hərəkatının və Şimal Birliyi Partiyasının deputatları qatılmadılar.
 
 Senatdakı sısvermə dekabrın 14-də, çərşənbə günü (bu gün)  keçiriləcək.
 
 Gentiloni dünən  Baş Məclisdə hökumətinin proqramı barədə olan çıxışında İtaliyanın üzləşdiyi  çətinliklərin fərqində olduqlarını bildirmiş və Parlamentin hər iki palatasında etimad səslərini aldıqdan sonra vəzifələrini davam etdirəcəklərini söyləmişdi.



Әlaqәli Xәbәrlәr