Fransada fövqəladə vəziyyət beşinci dəfə uzadıldı

Fransa Milli Məclisində fövqəladə vəziyyətin uzadılması haqqında qanun layihəsi qəbul olundu.

630471
Fransada fövqəladə vəziyyət beşinci dəfə uzadıldı

Fransada Milli Məclis ölkədə davam edən fövqəladə vəziyyətin gələn il keçiriləcək prezident seçkilərini və ümumi seçkiləri də əhatə edəcək şəkildə 15 iyul 2017-ci ilə qədər uzadılmasını nəzərdə tutan qanun layihəsini qəbul etdi.
 
 Məclisdə dünən axşam  başlayan və gecə yarısına qədər davam edən müzakirələrdən sonra hökumətin fövqəladə vəziyyətin uzadılması haqqında qanun layihəsi səsverməyə çıxarıldı.
 
Qanun layihəsi lehinə 288, əleyhinə 32 səslə (5 millətvəkili bitərəf qaldı) qəbul olundu.
 
 Qanunun qüvvəyə minməsi üçün Senatdan da keçməsi lazımdır.
 
 Beləliklə, 13 noyabr 2015-ci il tarixində paytaxt Parisdə terror təşkilatı DEAŞ-ın  törətdiyi və 130 nəfərin ölümünə səbəb olan hücumların baş verdiyi axşam elan edilən fövqəladə vəziyyət beşinci dəfə uzadılmış olacaq.



Әlaqәli Xәbәrlәr