Bәşәr Әsәd rejiminin törәtdiklәrinә qarşı İngiltәrә vә ABŞ-da aksiyalar keçirilib

Suriyanın Hələb şəhərində mülki vətəndaşlara  tәşkila edilәn hücumlara qarşı İngiltərənin paytaxtı Londonda və Amerika Birləşmiş Ştatlarının   Nyu York şəhərində etiraz aksiyaları keçirilib.

630035
Bәşәr Әsәd rejiminin törәtdiklәrinә qarşı İngiltәrә vә ABŞ-da aksiyalar keçirilib
new york halep protesto.jpg
londra halep protesto1.jpg

Suriyanın Hələb şəhərində mülki vətəndaşlara  tәşkila edilәn hücumlara qarşı İngiltərənin paytaxtı Londonda və Amerika Birləşmiş Ştatlarının   Nyu-York şəhərində etiraz aksiyaları keçirilib.

Londonda Baş Nazirlik  binasının qarşısında  toplanan aksiyaçılar İngiltәrә baş nazir Tereza Meyi  Hәlәbdәki hadisәlәrә laqeyd qaldığı üçün tәnqid edib.

‘‘Hәlәbdәki uşaqları xilas edin’’ vә  ‘‘Mülki vәtәndaşları qoruyun’’ süarları sәslәndirәn  aksiyaçılar  bölgәyә havadan әrzaq çatdırılması  ilә әlaqәdar hökümәtә çağırış edib. Aksiyaya İngiltәrәdә yaşayan Türklәr dә qoşulub.

Aksiyadan sonra bәzi nümayişçilәr  Suriyanın Londondakı sәfirliyinә  yürüş ediblәr. Sәfirlik binasının qarşısında toplanan aksiyaçılar Suriya rejimi ilә Rusiyanın  Hәlәbdә törәtdiklәrinә  öz etirazlarını bildirib vә dualar etdilәr.

ABŞ-ın Nyu-York şəhərində də  Suriya Xalqı ilə Həmrəylik Komitəsi adlı qrup tərəfindən  keçirilən aksiyada nimayişçilәr  Rusiyanın Manhettandakı  BMT daimi nümayəndəliyi yaxınlığında toplanıb.

Aksiyaçılar  Suriya rejimi, Rusiya, İran və Hizbullahı pisləyən  plakatlar daşıyıb.

Suriya rejiminin tәşkil etdiyi hücumları "soyqırım" kimi qiymətləndirən nümayişçilәrә  Nyu-York və ətrafında yaşayan Türklər də dəstək verib.


Etiketlәr: #Suriya , #aksiya , #ABŞ , #Rusiya , #BMT

Әlaqәli Xәbәrlәr