İtaliyada Nazirlər Kabinetinin siyahısı prezidentə təqdim olundu

20 nəfərlik siyahıda Renzi hökumətində təmsil olunanların bir çoxunun adı var.

629097
İtaliyada Nazirlər Kabinetinin siyahısı prezidentə təqdim olundu

İtaliyada baş nazir Matteo Renzinin istefasından sonra yenı hökuməti qurmaq tapşırılan sabiq xarici işlər naziri Paolo Gentiloni  Nazirlər Kabinetinin siyahısını prezident Sergio Mattarellaya təqdim etdi.
 
 20 nəfərlik siyahıda Renzi hökumətində təmsil olunanların bir çoxunun adı var.
 
 Xarici işlər naziri  vəzifəsinə Angelino Alfano , iqtisadiyyat naziri vəzifəsinə isə Pier Karlo Padoan gətirildi.
 
 Siyahını açıqladıqdan sonra çıxış edən yeni baş nazir Paolo Gentiloni, Renzi hökumətinin gətirdiyi innovativ kursu davam etdirəcəklərini qeyd etdi.
 
 Keçmiş baş nazir Matteo Renzi də hökumətə uğurlar arzulayaraq dəstək verdi.
 
 Yeni hökumətin andiçmə mərasimindən sonra parlamentdə etimad səsverməsi keçiriləcək.
 
 Gentiloni xarici işlər nazirliyi dövründə Türkiyənin Avropa İttifaqı  üzvlüyünə  dəstək verən və Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY)15 iyuldakı dövlət çevrilişi cəhdinin ertəsi günü Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna zən edən ilk Qərb nazirlərindən biridir.
 
 Xatırladaq ki, İtaliyada dekabrın 4-də keçirilən konstitusiya dəyişikliyi referendumundan məğlubiyyətlə çıxan baş nazir Matteo Renzi istefa verib.



Әlaqәli Xәbәrlәr