BMT-nin yeni baş katibi Antonio Guterres and içdi
193 üzvlü BMT Baş Assambleyasında and içən Guterres BMT-nin 9-cu baş katibi olacaq.
629111

Birləşmiş Millətlər Təşkilatının yeni baş katibi Antonio Guterres and içdi.
193 üzvlü BMT Baş Assambleyasında and içən Guterres BMT-nin 9-cu baş katibi olacaq.
Andiçmə mərasimində çıxış edən Guterres islahatlar barədə danışdı və: "BMT dəyişikliyə hazır olmalıdır" dedi.
5 il müddətinə seçilən Antonio Guterres baş katiblik vəzifəsini Pan Ki-Mundan yanvarın 1-də təhvil alacaq.
Daha əvvəl Portuqaliyanın baş naziri olan Guterres 2005-2015 illəri arasında BMT-nin qaçqınlar üzrə ali komissarı vəzifəsini icra edib.