Ursula von der Leyen Almaniyanın Suriyaya əsgər göndərməyəcəyini bildirdi

Almaniyanın  müdafiə naziri Ursula von der Leyen ölkəsinin Suriyaya əsgər göndərməyəcəyini dedi.

628972
Ursula von der Leyen Almaniyanın Suriyaya əsgər göndərməyəcəyini bildirdi

 Almaniyanın müdafiə naziri Ursula von der Leyen "Bild" qəzetinə müsahibəsində Suriyanın Hələb şəhərində baş verən qətliamın qarşısını almaq üçün hərbi müdaxilənin həll olmadığını söylədi.

 Hələbdəki ölümlərin və Rusiya ilə Çinin silahların susmasına qarşı veto qoymalarının utandırıcı olduğunu qeyd edən Von der Leyen: "Suriyada hərbi həll mümkün deyil. Yalnız siyasi həll mümkündür. Çünki böyük hərbi qüvvələr arasında toqquşma çıxma riski çox böyükdür" ifadələrindən istifadə etdi.
 
 "Bu Hələbə alman əsgərləri göndərilməyəcək mənasına gəlir?" sualına isə alman nazir: "Realist olmaq lazım gələrsə Əsədi hərbi əməliyyatla dayandırmaq daha böyük bir müharibə riskini artırır. Əsəd rejimi qurudan ve havadan Rusiya və İrandan dəstək alır. Suriya barıt çəlləyidir.  Buradakı mənzərə belə olduğu təqdirdə biz diplomatik həllin tərəfdarıyıq. Hələbdəkilərə humanitar yardım etməyə davam edəcəyik. Heç bir diktator uzun müddət xalqına belə davrana bilməz" cavabını verdi.



Әlaqәli Xәbәrlәr