Beynәlxalq alәm İstanbulda törәdilәn xain terror aktına sәrt reaksiya göstәrib
Hücumla bağlı ilk reaksiyanı NATO baş katibi Stoltenberq göstәrib. NATO baş katibi Stoltenberq İstanbulda hәyata keçirilәn hücumu pislәyib.
![Beynәlxalq alәm İstanbulda törәdilәn xain terror aktına sәrt reaksiya göstәrib](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/a435/0be1/0971/584cd0fa8316b.jpg?time=1718833789)
Hücumla bağlı ilk reaksiyanı NATO baş katibi Stoltenberq göstәrib. NATO baş katibi Stoltenberq İstanbulda hәyata keçirilәn hücumu pislәyib.
Stoltenberq törәdilәn hücumla bağlı verdiyi bәyanatda bildirib ki: ‘‘Müttәfiqimiz Türkiyənin yanındayıq. Terrorun hәr növünә qarşı mübarizә etməkdə qərarlıyıq".
Avropa Şurası baş katibinin sözcüsü Daniel Holtgen Avropa Şurası adından verdiyi açıqlamada: ‘‘Avropa hökumәtlәri ilә birgә İstanbulda törәdilәn terror hücumunu qınayırıq’’ deyә bildirib.
İngiltәrәnin Xarici İşlәr naziri Boris Conson da İstanbulda baş verən partlayışlarla bağlı bəyanat verib.
Boris Conson şәxsi ‘‘Twitter’’ sәhifәsindәn verdiyi açıqlamada bildirib ki: ‘‘İstanbulda törәdilәn hücumu pislәyirәm. İngiltәrә terrorla mübarizәdә Türkiyәnin yanındadır’’.
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Türkiyədəki səfirliyi də İstanbulda baş verən terror hücumunu pisləyәrәk Türk xalqının yanında olduqlarını bildirdi.
Ağ Evin Tәhlükәsizlik Şurasının sözçüsü Ned Price da verdiyi yazılı açıqlamada: ‘‘Türkiyәni, ABŞ-ı, qlobal sülh vә sabitliyi tәhdid edәn bütün terrorçulara qarşı NATO müttәfiqimiz Türkiyәnin yanındayıq’’ deyә bildirib.
Kanada Xarici İşlər Naziri Stephane Dion şәxsi ‘‘Twitter’’ sәhifәsindәn verdiyi açıqlamada hücumu lәnәtlәdiyini bildirib.