Müsəlmanlar Trampa məktub yazdı

Məktubda Trampın seçki kampaniyası zamanındakı İslamafobik çıxışlarına və seçkilərdən sonra müsəlmanlara qarşı artan nifrət cinayətləri vurğulanıb.

625028
Müsəlmanlar Trampa məktub yazdı

ABŞ-da ictimai rəyi formalaşdıran qabaqçıl 300-dən artıq müsəlman lider prezident seçilən Respublikaçı Donald Trampa ilk dəfə məktub yazaraq, müsəlmanlarla əlaqəli siyasətlərini yenidən gözdən keçirməyə çağırıb.

Məktubu yazanlar arasında ABŞ-İslam Əlaqələri Şurası kimi ölkənin ən önəmli müsəlman haqları müdafiəçisi təşkilatların nümayəndələri də var.

Məktubda Trampın seçki kampaniyası zamanındakı İslamafobiya çıxışlarına və seçkilərdən sonra müsəlmanlara qarşı artan nifrət cinayətləri vurğulanıb. Məktub “muslimletterttrump” adlı internet saytında yayımlandıqdan sonra yeni seçilən prezidentə göndərilib.

Amerikalı müsəlman liderlərin Trampa göndərdikləri ilk məktub olma xüsusiyyəti daşıyan mətndə bunlar yazıb: “heyətinizin müsəlmanları və onların qanunlara əsaslanan haqlarını hədəf götürə biləcək təklifləri ciddi şəkildə müzakirə etdikləri barədəki xəbərlərdən dərin narahatlıq hissi keçiririk”.

Məktubda Trampa bütün amərikalıların haqlarına yiyə durması üçün çağırış da edilib.

Hazırlanan məktubda ABŞ-İslam Əlaqələri Şurası ilə yanaşı Şimali Amerika İslam İcması, Zaytuna College, Şimalı Amerika İslam Qrupu və Dulles Bölgəsi Müsəlman İcması kimi ölkənin qabaqçıl müxtəlif qeyri-hökumət təşkilatından nümayəndələrin imzası var.

Qeyd edək ki, Trampın prezident seçilməsindən sonra ABŞ-da nifrət əhatə edən düşüncələrdə və cinayətlərdə önəmli səviyyədə artım olduğu bildirilmişdi.



Әlaqәli Xәbәrlәr