İndoneziyada 6,4 bal gücündə zəlzələ baş verib

İndoneziyanın Sumatra adasının şimal sahili yaxınlığında baş verən zəlzələdə ilk məlumatlara əsasən 18 nəfər həlak olub.

625023
İndoneziyada 6,4 bal gücündə zəlzələ baş verib

İndoneziyanın Sumatra adasının şimal sahili yaxınlığında baş verən zəlzədə ilk məlumatlara əsasən 18 nəfər həlak olub.

Onlarla binanın dağıldığı zəlzələdə yaralananların olduğu da bildirilir. Zəlzələdən sonra tsunami təhlükəsinin olmadığı açıqlanıb.

Planetin ən fəal seysmik zonalarından biri olan İndoneziyada hər il seysmoloqlar 4,0 bal gücündən yuxarı 6-7 min zəlzələ qeydə alırlar. Ölkədə 2004-cü ildə baş verən 9,4 bal gücündəki zəlzələdə və daha sonra yaranan tsunami nəticəsinə 120 mindən artıq insan həyatını itirmişdi.



Әlaqәli Xәbәrlәr