“İsrail təhlükəli yolda irəliləyir”, C.Kerri

ABŞ dövlət katibi Con Kerri İsrailin Fələstin torpaqlarında yeni mənzillər tikməkdə davam etməsinin iki ölkə arasında sülhün təmin edilməsi qarşısında maneə olduğunu söyləyib.

623444

Kerri paytaxt Vaşinqtonda Brokinq İnstitutu Saban Forumun illik konfransında etdiyi çıxışda İsrail-Fələstin məsələsinə toxunaraq deyib ki, Netanyahunun yeni mənzillər tikilməsilə bağlı siyasətinin sülh müzakirələrinə maneə olmadığı barədəki sözlərlə həmfikir deyiləm. Özümüzü aldatmamalıyıq. Hər şeyə laqeyd yanaşıb, bunun təsirinin olmadığını söyləyə bilmərik.

İsrailin Fələstinlə yaşadığı problemin sadəcə bu iki ölkəni maraqlandırmadığına diqqət çəkən Kerri bildirib ki,  bu problem İsrail-Ərəb ölkələri arasındakı əlaqələrə də öz təsirini göstərir. İsrail Fələstinlə problemlərini həll etmədən Ərəb dünyası və İsrail arasında ayrı sülh mühiti olmayacaqdır.

Kerri İsrailin iki dövlətli həll yoluna dair cəhdləri və yeni mənzillər tikməsi ilə əlaqəli siyasətini eyni anda davam etdirə bilməyəcəyini bildirərək, ikisindən birinə üstünlük verməsinin vacibliyini dilə gətirib.

Әlaqәli Xәbәrlәr