"Wikileaks" Almaniyadakı Federal Məclis Təhqiqat Komissiyasının gizli sənədlərini yaydı

" Wikileaks"in internet saytına yerləşdirilən sənədlərdə Almaniya Xarici Kəşfiyyat Təşkilatı (BND) ilə NSA arasında əməkdaşlıq haqqında məlumatlar vardır.

622247
"Wikileaks" Almaniyadakı Federal Məclis Təhqiqat Komissiyasının gizli sənədlərini yaydı

"Wikileaks"  Amerika Birləşmiş Ştatları Milli Təhlükəsizlik Agentliyinin (NSA) Almaniyadakı fəaliyyətini araşdıran Federal Məclis Təhqiqat Komissiyasının gizli sənədlərini yaydı.
 
" Wikileaks"in internet saytına yerləşdirilən sənədlərdə Almaniya Xarici Kəşfiyyat Təşkilatı (BND) ilə NSA arasında əməkdaşlıq haqqında məlumatlar vardır.
 
 Yayılan 2 min 420 sənəd arasında BND, ölkənin daxili kəşfiyyat xidməti olan Almaniyanın Konstitusiyasını Qoruma Təşkilatı (BfV) və Almaniya İnformasiya Texnologiyaları Təhlükəsizliyi İdarəsinə (BSI) aid yazışmalar da vardır.
 
 Sənədlər məxfi xidmətlərin fəaliyyət medodlarını ortaya qoyur, araşdırma komissiyasının fəaliyyətinə dair məlumat verir.
 
 Federal Məclis NSA Təhqiqat Komissiyasının Sədri Patrik Sensburg  Almaniyanın ikinci televiziya Kanalı ZDF-yə verdiyi müsahibədə komissiyadan minlərlə sənədin keçirildiyini təsdiqləyərək, onların məxfilik səviyyəsi aşağı olan 2015-ci ilin yanvarına qədər olan sənədlər olduğunu bildirdi.
 
 "Bu, işlərimizə çox mane olur" deyən Sensburg bunu edənlərin hadisələrin professional şəkildə işıqlandırılması ilə deyil, stabilliyi pozma və şou yaratmaqla məşğul olduqlarını qeyd etdi.
 
 "Wikilaeks" təxminən 1,5 il əvvəl də NSA Təhqiqat Komissiyasının sənədlərini açıqlamış və bu, ölkədə geniş əks-səda doğurmuşdu.
 
NSA-nın keçmiş sistem analitiki Edward Snowden üç il əvvəl  yaydığı sənədlərlə ABŞ-ın dünya miqyasında dinləmə fəaliyyətlərini ortaya qoymuş, NSA-nın alman vətəndaşlarını və başda kansler Angela Merkel olmaq üzrə bəzi siyasətçiləri dinlədiyi iddia edilmişdi.

Bu səbəbdən 2,5 il əvvəl Federal Məclisdə sözügedən iddiaları araşdırmaq üçün NSA Təhqiqat Komissiyası yaradıb.



Әlaqәli Xәbәrlәr