Dizel maşınları 2025-ci ildən ləğv ediləcək

Meksikanın paytaxtı Mexikoda keçirilən C 40 Şəhər Bələdiyyə Sədrləri Sammiti şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılması və karbon təsirlərinin azaldılması məqsədilə bir araya gəlib.

622584
Dizel maşınları 2025-ci ildən ləğv ediləcək

  Tədbirdə iştirak edən Paris (Fransa), Mexiko (Meksika), Madrid (İspaniya) və Afinanın (Yunanıstan) bələdiyyə sədrləri ortaq bəyanatlarında bildiriblər ki, dizel yanacaqlı maşınlar 2025-ci ildən başlayaraq yollara çıxmayacaq.

  Bəyanat Paris Bələdiyyə sədri Anna Hidalqo, Mexiko Bələdiyyə sədri Miquel Angel Markera, Madrid Bələdiyyə sədri Manuela Karmena və Afina Bələdiyyə sədri Giorqos Kaminis tərəfindən imzalanıb.

  Bələdiyyə sədrləri velosiped və digər piyada nəqliyyatını inkişaf etdirmək üçün addımlar atacaqlarını bildirib.

  Hollandiya (Niderland) parlamenti hələ apreldə dizel maşınlarının satışını 2025-ci ildən qadağan edən qanun layihəsini təsdiqləmişdi. Almaniya isə elektrik avtomobil istehsalına təşviq üçün benzin və dizel maşınlarının satışını 2030-cu ildən etibarən qadağan etməyi planlaşdırır.



Әlaqәli Xәbәrlәr