"Avropa İttifaqı Türkiyəyə möhtacdır": Juncker

Avropa İttifaqı Komissiyasının prezidenti Jean Claude Juncker, İspaniyanın paytaxtı Madridə dünən reallaşdırdığı səfər çərçivəsində qəbul etdiyi İspaniyalı jurnalistlərə müsahibə verib.

622586
"Avropa İttifaqı Türkiyəyə möhtacdır": Juncker

Əl Pais qəzetinin xəbərinə görə, Juncker, Türkiyə və Avropa İttifaqı arasındakı əlaqələrə toxunub. Avropa ittifaqının Türkiyəyə olduğu qədər Türkiyənin də Avropa ittifaqına ehtiyacı olduğunu vurğulayıb.

Juncker, Avropadakı immiqrant probleminə dair ünvanlanan suala: “Türkiyənin, qaçqınlar ilə əlaqəli müqaviləni ləğv etməməsini ümid edirəm. Bu mövzuda prezident Rəcəb Tayyib Ərdoğana güvənirəm. Cənab Ərdoğan, ölkəsinin sahillərinə nəzarətin cinayət təşkilatları və insan tacirlərininə keçməsinə icazə verməz” deyə vurğulayıb.

Junckerin sözlərinə görə, Avropa İttifaqının Rusiyaya tətbiq etdiyi sanksiyaların sona çatması, rəsmi Moksvanın atacağı addımlardan asılıdır.



Әlaqәli Xәbәrlәr