Çində sosial mediada "gombul" sözünə qadağa qoyuldu

Çin Xalq Respublikası sosial mediada Şimali Koreyanın prezidenti Kim Jong Unun fiziki xüsusiyyətləri ilə bağlı zarafat edilməsini qadağan etdi.

621428
Çində sosial mediada "gombul" sözünə qadağa qoyuldu

 Çin Xalq Respublikasında xüsusilə gənclər, Şimali Koreyaya rəhbərlik edən Kim ailəsinin sonuncu üzvü Kim Jong Unun fiziki xüsusiyyətləri və ölkəsində tətbiq etdiikləri ilə bağlı sosial mediada zarafatlar edir və "Jin San Pang" (Kim-Üçüncü Gombul) ifadəsini işlədirlər.
 
 Bu vəziyyətdən narahat olan Şimali Koreya rəhbərliyi rəsmi müraciət edərək, Çindən bu növ xəbərlərin sosial mediada qadağan olunmasını tələb etdi.
 
 Çinin ən böyük internet axtarış mühərriki Baidu və mikroblog "Weibo"da çin dilində "Jin San Pang" (Kim -Üçüncü Gombul) ifadəsini axtarışa verənlər senzura ilə qarşılaşırlar.
 
 Dünya mətbuatında maraqlı sanksiyaları ilə gündəmə gələn Şimali Koreyanın dövlət başçısı Kim Jong Un müttəfiqi Çində də mübahisə obyektidir.
 
 Kommunist rejiminin hökm sürdüyü Şimali Koreyaya Kim ailəsi rəhbərlik edir.



Әlaqәli Xәbәrlәr