Avropa Parlamentinin sədri Martin Schulz tutduğu posta vida edir

Martin Schulz gələcək il Almaniya parlament  seçkilərindǝ   iştirak  etmǝk  niyyǝtindǝ  olduğunu bildirib.

617040
Avropa Parlamentinin sədri Martin Schulz tutduğu posta vida edir

Avropa Parlamentinin sədri Martin Schulz  tǝşkil  etdiyi  mǝtbuat  konfransında  son  aylarda   gǝlǝcǝyinǝ   dair  bir  çox   iddialar  irǝli  sürüldüyünü,  ancaq  AP-dǝki  sǝlahiyyǝt  müddǝti   sona  çatdıqdan  sonra  postunu  tǝrk  edǝcǝyini  üçüncü   dǝfǝ namizəd olmayacağını, gələcək il Almaniya parlament  seçkilərindǝ   iştirak  etmǝk  niyyǝtindǝ  olduğunu  qeyd  edib.  

Nǝhai  qǝrar  qǝbul  etdiyini   ifadǝ  edǝn   Martin   Schulz: “Mən qərar verdim gələn ildən Şimali Reyndə Almaniya Sosial Demokrat Partiyasının siyahısına rəhbərlik edəcəm”,- deyib.

 



Әlaqәli Xәbәrlәr