Yǝmǝndǝ  qarşıdurmalar yenidǝn başladı

Yəməndə 48 saatlıq atəşkəsdən sonra yenidǝn başlayan qarşıdurmalar nǝticǝsindǝ 19 nǝfǝr həyatını itirib.

615615
Yǝmǝndǝ  qarşıdurmalar yenidǝn başladı

Prezident Mənsur Hadiyǝ sadiq qüvvǝlǝr ilǝ İranın dǝstǝ verdiyi Husilər arasında Taiz şəhərinin yaxınlığında fasilǝlǝrlǝ qarşıdurmalar baş verir.

Səudiyyə Ərəbistanının rǝhbǝrliyindǝki koalisiya qüvvǝlǝr dǝ Taiz şǝhǝrinǝ nǝzarǝti ǝlǝ keçirmǝk üçün Husilərə qarşı başladılan ǝmǝliyyata hava dəstəyi təmin edir.

Qeyd edǝk ki, bölgǝdǝ Amerika Birləşmiş Ştatları dövlǝt katibi John Kerryinin vasitəçiliyi nǝticǝsindǝ şǝnbǝ günü 48 saatlıq atəşkəs elan edilmişdi. Mǝlumata görǝ Yəməndə 20 aydır davam edən qarşıdurmalarda 7 mindən çox adam hǝyatını itirib, 40 min qǝdǝr insan yaralanıb.



Әlaqәli Xәbәrlәr