Kabildə canlı bomba hücumu:30 ölü, 80 yaralı

Şahidlər təcavüzkarın üzərindəki bombanı məscidin içində partlatdığını söyləyirlər.

615114
Kabildə canlı bomba hücumu:30 ölü, 80 yaralı

Əfqanıstanın paytaxtı Kabildə  Xəzərə şiələrinin Bakiril Ulum Məscidində baş verən canlı bomba hücumunda ilkin məlumatlara görə 30 insan həlak olub, 80-i yaralanıb.

Şahidlər təcavüzkarın üzərindəki bombanı məscidin içində partlatdığını söyləyirlər.

Partlamadan sonra bölgəyə çox sayda təcili yardım maşını göndərilib.

Əfqanıstan prezidenti Əşrəf Gani hücumu lənətləyib.

Taliban hücumla əlaqəsinin olmadığını açıqlayıb.

Hücuma görə məsuliyyəti terror təşkilatı DEAŞ üzərinə götürüb.



Әlaqәli Xәbәrlәr