Prezident postunu tǝhvil almamış Trump ilǝ görüşǝn ilk lider

ABŞ-da 8 Noyabrda keçirilǝn seçkidǝ qǝlǝbǝ qazanan prezident Donald Trump prezident seçildikdǝn sonra xarici ölkə lideri ilə ilk görüşünü keçirib.

613466
Prezident postunu tǝhvil almamış Trump ilǝ görüşǝn ilk lider

Donald Trump noyabrın 17-də Nyu-Yorkda Yaponiyanın baş naziri Sindzo Abǝ ilǝ bir araya gǝlib.

Kyodo agentliyi bildirib ki, Baş nazir Abǝ Perunun paytaxtı Limada baş tutacaq Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq sammitinǝ iştirakı ǝvvǝlindǝ ABŞ-a gedǝrǝk Trump ilə görüşüb.

Baş nazir Abǝ görüşdǝn sonra verdiyi açıqlamada gələcəkdə Trumpla etibarlı əlaqələr qura biləcəyini qeyd edib: “Biz səmimi mühitdə çox məzmunlu danışıqlar apardıq. Mən bir çox məsələlər üzrə Yaponiyanın mövqeyini açıqladım. Əminəm ki, biz ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trumpla etibarlı əlaqələr qura biləcəyik”,

Trump da görüşlǝ bağlı açıqlamasında, Baş nazir Sindzo Abǝ evindǝ qonaq etdiyini vǝ belǝ aralarında belǝ bir dostluğun yaranmasından mǝmniniyyǝt duyduğunu bildirib.

 



Әlaqәli Xәbәrlәr