Dünyanın ən böyük 4-cü neft sahəsi kəşf edildi

Dünyanın ən böyük 4-cü neft sahəsi ABŞ-da kəşf edilib.

612465
Dünyanın ən böyük 4-cü neft sahəsi kəşf edildi

Dünyanın ən böyük 4-cü neft sahəsi ABŞ-da kəşf edilib.

Bu barədə ABŞ Dövlət Katibliyinə bağlı Geoloji Araşdırma (U.S. Geological Survey) departamenti məlumat yayıb.

Yayılan məlumatda Texas ştatının qərbində Permian Hövzəsində yerləşən “Wolfcamp” adlı ərazidə 20 milyard barrel xam neft ehtiyatı olduğunun güman edildiyi bildirilib.  

Beləliklə “Wolfcamp” yatağı Səudiyyə Ərəbistanındakı iki, Küveytdəki bir yataqdan sonra dünyada kəşf edilən ən böyük 4-cü neft sahəsi olub.

Açıqlamada həmçinin sözügedən sahədə təxminən 450 milyard kubmetr qaz olduğu bildirilib.

Qeyd edə ki, Səudiyyə Ərəbistanında 75 milyard barrel xam neft ehtiyatı olan “Ghawar” sahəsi və yenə bu ölkədə  50 milyard barrel xam neft ehtiyatı olan “Safaniya” ilə Kuveytdə 65-70 milyard barrel xam neft ehtiyatı olan “Burgan” sahəsi var.



Әlaqәli Xәbәrlәr