ABŞ-da Trumpa qarşı etirazlar davam edir

Amerika Birləşmiş Ştatlarında noyabrın 8-də keçirilən prezident seçkilərindən zəfərlə çıxan Donald Trumpa qarşı ölkə daxilində etirazlar davam edir.

609509
ABŞ-da Trumpa qarşı etirazlar davam edir
chicago’da trump karşıtı gösteriler.jpg
abd, trum karşıtı gösteriler.jpg

 New Yorkda təxminən 20 min nəfər Manhattanda Union Meydanında toplaşdı. Nümayişçilər 5-ci prospektdən Trump Towerə kimi  yürüyüş etdilər.
 
 Nümayişçilərin tutduqları plakatların üzərində "Müsəlmanlar, xoş gəldiniz", "Haqq uğrunda mübarizə apar", "Dünyaya xalqın səsinin necə olduğunu göstər" və "Bizim prezidentimiz deyil" yazıları vardı.
 
 Etiraz edənlər "Mənim Prezidentim deyil", "Trumpa xeyr", " Amerika, oyan" və "Qaradərililərin həyatı əhəmiyyətlidir" kimi şüarlar səsləndirdilər.
 
 Nümayişçilərin arasında olan rejissor Michael Mooreun mobil telefonu ilə tez-tez fotoşəkil çəkdiyi görüldü.

Ciddi təhlükəsizlik tədbirləri görən polis dəstələri  Tramp Towerin yerləşdiyi küçəni bağladı.
 
 Digər tərəfdən, Los Angeles və Chicagoda da Trump əleyhinə mitinqlər keçirildi.
 
 Chicagoda Milliennium parkında toplaşan etirazçılar şüarlar səsləndirərək şəhər küçələrini dolaşdılar.
 
 
 



Әlaqәli Xәbәrlәr