İran Baş qərargah rǝisi general Məhəmməd Hüseyn Baqiridǝn etiraf

İran Baş qǝrargah rǝisi general Mǝhǝmmǝd Hüseyn Baqiri paytaxt Tehranda təşkil edilən bir mərasimdə  etdiyi  çıxışında 2006-da  Suriyanın Hələb şəhərində  raket zavodu inşa  etdiklǝrini  bildirib.

608575
İran Baş qərargah rǝisi general Məhəmməd Hüseyn Baqiridǝn etiraf

İranın tǝsis etdiyi raket zavodunun, Hǝlǝbdǝki Sənaye Bölgəsinin yaxınlarında, müxaliflər ilə Suriya əsgərlərinin  döyüşdüyü  bölgǝdǝ  yerlǝşdiyi  tǝxmin  edilir.  Zavotda istehsalın davam edib etmǝdiyi, buraxılan raket növü və mənzili ilǝ  ǝlaqǝli mǝlumat  vermǝyǝn   general  Baqiri: “İranın Suriyanın Hələb bölgəsindəki raket zavodunda buraxılan raketlər, 33 Gün Döyüşündə İsrailə qarşı istifadə edildi”  deyǝ  vurğulayıb.

Qeyd edǝk ki, İsrail iyul 2006-cı ildə Livanı 33 gün müddǝtlǝ bombaladı. Bu  hücumlara  “33 Gün Döyüşü”   deyilir.

Suriyalı müxaliflərǝ  görǝ, İran, 2002-ci ildə Bəşər Əsəd ilə imzaladığı  razılaşma   çǝrçivǝsindǝ  Suriya  ǝrazilǝrindǝ hǝrbi silah istehsalına başlayıb. 



Әlaqәli Xәbәrlәr