Almaniya yenə bir terrorçunu qəbul etdi

Almaniya son olaraq terror təşkilatı PKK-nın Suriyadakı davamı olan PYD-nin quldurbaşı Saleh Müslümü qonaq edib.

608808
Almaniya yenə bir terrorçunu qəbul etdi

Almaniya son olaraq terror təşkilatı PKK-nın Suriyadakı davamı olan PYD-nin quldurbaşı Saleh Müslümü qonaq edib.

Bunu qeyd edək ki, Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Almaniyanı ‘terrorçuları qoruyan ölkə’ kimi dəyərləndirdiyini bildirmişdi. Belə terrorçuların geri verilməsi üçün 4 min 500 qovluğun göndərildiyi də qeyd olunur.

Terrorçu Saleh Müslüm Almaniya Federal Məclisində (Bundestag) Sol Partiyalı millət vəkilləri ilə görüşüb.

Terrorçu Bundestaqın içində yerləşən restoranda iki saata yaxın Sol Partiyalı millət vəkilləri Sevim Dağdələn və Heike Hansel ilə görüşüb və yəmək yeyib.

Yaxasında qonaq kartı daşıyan terrorçu Saleh Müslüm və müşayiətindəki heyət daha sonra Bundestaqın yerləşdiyi mərkəzdən ayrılıb.

Görüşün Bundestaqın terror təşkilatı DEAŞ-a qarşı mübarizə çərçivəsində Almaniyə əsgərlərinin Adanada yerləşən  İncirlik bazasındakı vəzifə müddətinin 31 dekabr 2017-ci il tarixinədək uzadılması barədəki mübahisələr zamanı baş tutması isə ayrı bir rusvayçılıqdır.

Dövlət başçısı Ərdoğan keçən həftə açıqlama verərək demişdi ki, demokratik bir ölkənin Avropa İttifaqının qabaqçıl ölkəsinin terror təşkilatı olaraq qəbul etdiyi bu təşkilatın (PKK) mənsublarını qorumasını başa düşməkdə çətinlik çəkirəm.  Almaniya bizi sizin bu mövqeyiniz narahat edir, siz terrora dəstək olursunuz və bu terror bəlası bir gün də sizi vuracakdır. Türkiyə olaraq sizdən heç nə gözləmirik, amma siz də siz terrora dəstək olduğunuza görə tarix boyunca belə xatırlanacaqsınız. Almaniyanın indi də təkidlə FETÖ-nün (Fətullahçı Terror Təşkilatı) arxa bağçasına çəvrilməsindən narahatıq. Terror təşkilatları əqrəbə oxşayır.



Әlaqәli Xәbәrlәr