İsrail məhkəməsiı fələstinli uşağa 12 il həbs cəzası kəsdi

İsraildə 14 yaşlı fələstinli uşaq həbs olundu.

605914
İsrail məhkəməsiı fələstinli uşağa 12 il həbs cəzası kəsdi
Ahmed Manasıra.jpg

İsraildə Əhməd Manasıra adlı fələstinli uşaq "bıçaqlı aksiya həyata keçirmə" iddiası ilə 12 il müddətinə həbsə məhkum edildi.

14 yaşlı Əhməd İsrail məhkəməsinin verdiyi qərara əsasən həbsxanaya köçürüldü.
 
 Fələstin rəhbərliyi qərarı qınayaraq, Əhmədə 12 il həbs cəzası kəsilməsini ədalətsiz bir qərar olaraq səciyyələndirdi.

Qeyd edək ki, oktyabrın 12-də İsrail qüvvələri  əmiuşaqları olan Əhməd və Həsənə  "bıçaqlı aksiya həyata keçirmə" iddiası ilə atəş açıblar.
 
 Həsən hadisə yerində həyatını itirib, Əhməd isə yəhudilərin zorakılığına məruz qalıb.
 
 Fələstinli Əhməd o gündən etibarən nəzarətdə saxlanılırdı.
 
 Əhmədin istintaq zamanı təhqirlərə məruz qalması sosial mediada böyük əks-səda doğurmuşdu.



Әlaqәli Xәbәrlәr