Misir ordusunun silahlı qruplara qarşı mübarizәsi davam edir
Misir ordusunun Sina yarımadasındakı silahlı qruplara qarşı hәyata keçirdiyi əməliyyatlar nәticәsindә 11 nәfәr öldürüldü.
Misir ordusunun Sina yarımadasındakı silahlı qruplara qarşı hәyata keçirdiyi əməliyyatlar nәticәsindә 11 nәfәr öldürüldü.
Təhlükəsizlik qüvvələrinin Şeyx Zuveyd şəhərində silahlı qruplara aid mövqelərə tәşkil etdiyi hücum nәticәsindә 8 nəfər öldürüldü.
Qeyd edәk ki, Әl-Ariş şәhәrindә isә 3 silahlı zәrәrsizlәşdirildi.
Әmәliyyat çәrçivәsindә hәmçinin silahlı qruplara aid 4 xәndәk vә bәzi tunellәr dağıdıldı vә silahlı qruplar tәrәfindәn iki binaya әvvәlcәdәn yerlәşdirilmiş bomba mәhv edildi.
Misir ordusu və polis 2013-cü ilin sentyabr ayından etibarәn şimali Sina başda olmaqla bölgədəki bir çox rayonda terrorçulara qarşı əməliyyatlar hәyata keçirir.
Әlaqәli Xәbәrlәr
Qəzza zolağında 10 min insanın itkin düşdüyü açıqlnıb
Qəzzada İsrailin hücumlarına məruz qalanların 72 faizinin qadın və uşaqlar olduğu vurğulanıb.