Әl-Hudeydeyә endirilәn zәrbәlәr nәticәsindә 60 nəfər hәlak oldu

Yəməndə  Səudiyyə Ərəbistanı rəhbərliyindәki  koalisiya qüvvәlәrinin Әl-Hudeyde şәhәrindә  Husilerin nəzarətindəki bölgәlәrә  təşkil etdiyi hava hücumları nәticәsindә  60 nəfər hәlak oldu.

599988

Bu barәdә  Hüsilәrә aid mәnbәlәr mәlumat yaydı.

 Mәlumata görә, koalisiya qüvvәlәri  Әl-Hudeydedәki polis mәntәqәsi vә Әz-Zeydiyye həbsxanasına  zәrbәlәr endirdi.

 Hücumlarda çoxu məhkum olmaqla  60 nәfәr hәlak oldu, onlarla adam da yaralandı.

Bu arada  Yəmən prezidenti Abdurabbu Mәnsur Hadi  Birləşmiş Millətlər Tәşkilatının Yəmən üzrә  xüsusi nümayəndəsi İsmayıl Şeyx Əhmədin təqdim etdiyi sülh planını ‘‘ədalətli deyil’’  deyərək rədd etdi.

 Hadi  sülh planının bütün siyasi qrupların iştirakı ilə həyata keçirilən milli dialoq görüşlərində qәbul olunan  qərarlara  zidd olduğunu iddia etdi.

Husiler isə  bəzi çatışmazlıqlara baxmayaraq  planın "müzakirə üçün bir zəmin" təşkil etdiyini bildirdi.

 Müxalif qruplar da sülh planını "prinsipial" baxımdan məmnuniyyətlə qarşıladıqlarını açıqladı.

Әlaqәli Xәbәrlәr