500 illik makyalı qadın cǝsǝdi tapılıb

Çinin Hubey əyalətində saç forması, qaşları və üz quruluşu dəyişikliyə uğramayan, 500 illik makyajlı qadın cəsədi tapılıb.

600113
500 illik makyalı qadın cǝsǝdi tapılıb

Çin Kommunist Partiyasının (ÇKP) rəsmi media orqanlarından Qlobal Timesin xəbərinə görə, arxeoloji qazıntılar nǝticǝsindǝ aşkarlanan Ming Dynasty dövrünə aid qəbirdəki cǝsǝdin yanında 2 yorğan, bir yastıq və 20 qədər ipək paltar da çıxıb.

Şışou Muzey və Mədəniyyət İdarəsinin vitse-prezidenti Ping Taonun mǝlumatına görǝ çıxarılan cəsədin saç və dişlərindən edilǝn testlǝrǝ  görǝ  qadın 60 yaşında ölüb.

Ping, qadının kimliğinin bilinmǝdiyini ancaq paltarlar və qiymətli ləl-cəvahiratlarla birlikdǝ basdırıldığı üçün Ming Dynasty dövründə məşhur biri ola bilǝcǝyi proqnozunu güclǝndirdiyini qeyd edib.



Әlaqәli Xәbәrlәr