Nəhayət, Suriya faciələri Qərb ictimaiyyətini də narahat etməyə başladı

Hələbdə yaşanan insanlıq dramına etiraz bildirmək üçün İngiltərədə insanlar küçələrə çıxdı.

595820
Nəhayət, Suriya faciələri Qərb ictimaiyyətini də narahat etməyə başladı

  Suriyanın Hələb şəhərində yaşanan faciələr, nəhayət, Qərb ictimaiyyətini də narahat etməyə başlayır. Hələbdə yaşanan insanlıq dramına etiraz bildirmək üçün İngiltərədə insanlar küçələrə çıxdı. Paytaxt Londonda Baş Nazirliyin iqamətgahı qarşısında toplanan yüzlərlə adam Hələbdə yaşanan şiddətə etiraz etdi, qanın dayanması üçün hökumətə səsləndi.

  Mitinqin ünvanı Baş Nazirlik iqamətgahının olduğu Downing Street idi. Yüzlərlə etirazçı "Silahlar sussun", "Qan tökülməsinə son" şüarlarını atdı, "Uşaqları qoruyun", "Hələbdə qırğını dayandırın", "Bomba deyil, qida atın" kimi yazılı plakatlar daşıdı.

  Etiraza qeyri-hökumət təşkilatları da dəstək verdi. Mitinqdə məşhur İngiltərə aktrisası Keri Maliqan (Carey Mulligan) da iştirak edirdi. Nümayişçilər Baş nazirliyin iqamətgahı önündəki dəmir qapıya suriyalı uşaqlar üçün oyuncaq ayılar qoydular ki, onlara çatdırılsın. 

 



Әlaqәli Xәbәrlәr