Angela Merkel: "Suriya məsələsində Rusiya ilə tam razılaşmadan çox uzağıq"

Almaniya kansleri Angela Merkel hal-hazırda Suriya məsələsi ilə əlaqədar Rusiya ilə ortaq mövqedən çox uzaq olduqlarını bildirdi.

593276
Angela Merkel: "Suriya məsələsində Rusiya ilə tam razılaşmadan çox uzağıq"

 
 Almaniya kansleri  Angela Merkel  Berlində Ukrayna böhranını müzakirə etmək məqsədilə Rusya prezidenti Vladimir Putin, Ukrayna prezidenti Pyotr Poroşenko və Fransa prezidenti Francois Hollande ile "Normandiya Formatı" çərçivəsində bir araya gəldi.
 
 Görüşdən sonra Hollande ilə birgə mətbuat konfransı keçirən Merkel:"Suriyadakı müvəqqəti atəşkəs Hələb əhalisinə humanitar yardımın çatdırılması üçün bir çıxış nöqtəsi olmalıdır" fikrini səsləndirdi.
 
 Xarici işlər nazirlərinin həllin əldə olunmasl  yolunda birgə çalışmaları barədə qərar qəbul etdiklərini bildirən Merkel: "Tam razılaşmadan çox uzağıq" dedi.
 
 Merkel Suriya məsələsi ilə bağlı Putinlə aparılan müzakirəsini "açıq və sərt mübahisə" kimi səciyyələndirdi və möcüzənin baş vermədiyini söylədi. 
 
 Suriyadakı bombardmanlarda Rusiyanın da məsuliyyət daşıdığını dilə gətirən Merkel, şəhərlərin bombardmanının oralardakı insanlara qarşı zalım bir təcrübə olduğunu vurğuladı.
 
 Almaniya kansleri hal-hazırda ən əhəmiyyətli məsələnin Hələbdəki insanlara humanitar yardımın çatdırılması olduğunu, bu istiqamətdə Rusiyaya qarşı sanksiya variantının istisna olmadığını qeyd etdi.
 
 Merkel Almaniyanın bəzi hadisələrlə bağlı  "hərbi cinayət" təyinini işlədə biləcəklərini bildirdi və :"Şəxsən, fasiləsiz bombalamaqla terrorçularla məsum insanları ayırd etməyin mümkün olmayacağını düşünürəm. Bu vəziyyətdə  siyasi həllin təmin olunması çətindir" dedi.
 
 Francuis Hollande  Suriyada bir neçə saat sürəcək atəşkəs durumundan  oraya humanitar yardımın çatdırılması və siyasi danışıqlar üçün istifadə etmək istədiklərini bildirdi.
 
 Suriyada xalqın qorunmasının vacibliyini vurğulayan Hollande: "Biz indi Vladimir Putin ilə keçirdiyimiz görüşdən atəşkəsin bəlkə də, uzadıla biləcəyi təəssüratı ilə çıxdıq. Hələbdə hazırda baş verənlər əsl hərbi cinayətidir. Buradan "rejim və havadarları hücumlara son qoymalıdır" deməyimiz çox vacib idi" dedi.



Әlaqәli Xәbәrlәr