Misir ordusunun terrorçu qruplara qarşı keçirdiyi әmәliyyat zamanı iki әsgәr öldü

Misirin Sina yarımadasında silahlı qruplara qarşı hәyata keçirilәn әmәliyyatlar zamanı baş verәn toqquşmalar nәticәsindә  2 әsgәr öldü.

592448

Misir ordusunun sözçüsü  Məhəmməd  Semir  Sinanın şimal bölgәsindә ordunun bəzi nöqtələrə basqın təşkil etdiyini bildirdi.

Әmәliyyat zamanı baş verәn qarşıdurmalarda iki әsgәrin hәlak olduğunu bildirәn Semir silahlı qruplardan isә  6 nәfәrin öldürüldüyünü qeyd etdi.

Semir hәmçinin bölgәdә 11 partlayıcı, 2 avtomobil vә 10 motosiklerin mәhv edildiyini vurğuladı.

Qeyd edәk ki, Misir ordusu və polis təşkilatı 2013-cü ilin sentyabr ayından etibarәn Sinanın  müxtәlif bölgәlәrindә terrorçu qruplara qarşı әmәliyyat hәyata keçirir.

Әlaqәli Xәbәrlәr