Avstriya Hiterin evini dağıdır

Avstriya hökuməti nasistlərin lideri Adolf Hitlerin doğulduğu ev üçün dağıtma qərarı verdi.

591538
Avstriya Hiterin evini dağıdır

  Yuxarı Avstriya əyalətinə bağlı Braunau bölgəsində olan evin yıxılacağını, yerinə inşa ediləcək binanın humanitar qurum və ya cəmiyyətlərə həvalə ediləcəyi bildirilib.

  Hökumət tərəfindən satışına icazə verilməyən evin dövlət əmlakı balansına keçirilməsini nəzərdə tutan qanun layihəsi qarşı həftələrin birində Avstriya Məclisində müzakirəyə qoyulacaq. Buna səbəb Avstriya hökumət orqanlarının Hitlerin 20 aprel 1889-cu ildə doğulduğu evin neo-nasistlər tərəfindən get-gedə müqəddəsləşdirilməsi və tərəfdar axınına məruz qalmasından duyduğu narahatlıqdır. Neo-nasistlər isə evin dağıdılmasına qarşı çıxır.



Әlaqәli Xәbәrlәr