Rusiya prezidenti Vladimir Putin Fransa səfərini ləğv etdi

Rusiya ilə Fransa arasında Hələb qarşıdurması gərginliyi artırdı.

587378
Rusiya prezidenti Vladimir Putin Fransa səfərini ləğv etdi

 Ötən həftə  BMT Təhlükəsizlik Şurasında Fransanın Hələb ilə bağlı hazırladığı layihəyə Rusiya tərəfindən veto qoyulması ilə iki ölkə arasında başlayan gərginlik yüksəldi.
 
 Kreml Vladimir Putinin oktyabrın 19-da Fransaya edəcəyi səfəri ləğv etdiyini açıqladı.
 
Kremlin Mətbuat Katibi Dmitriy Peskov səfərin əvvəlcədən planlaşdırılan mədəniyyət mərkəzi və sərgi açılışı kimi bəzi tədbirlərin proqramdan kənar qalması səbəbindən ləğv olunduğunu bildirdi.
 
 Peskov:"Putin Hollande üçün münasib zamanda Parisə səfər etməyə hazır olduğunu söyləmişdi. Bu səbəblə, Hollande üçün uyğun vaxtı gözləyəcəyik" dedi.
 
 Ancaq artan gərginliyin arxasında Suriyanın Hələb şəhərindəki proseslər durur.
 
 Qeyd edək ki, dünən Fransanın xarici işlər naziri Jean Marc Ayrault  Hələbdə törədilən hərbi cinayətlərə görə rusi rəhbərlərinin də məsuliyyət daşıdığını bildirərək, məsələ ilə əlaqədar Beynəlxalq Cinayətlər Məhkəməsinə müraciət etməyi planlaşdırdıqlarını açıqlayıb.
 
 Fransa Prezidenti François Hollande isə, veto qərarından sonra Rusiya prezidenti Vladimir Putini 19 oktyabrda Parisdə qarşılamalı olmasına görə peşmançılıq hissi keçirdiyini ifadə edib.



Әlaqәli Xәbәrlәr