“Hər yeddi saniyədə bir qız uşağı ailǝ qurur”

Yardım tǝşkilatı ‘Save the Childrenın açıqladığı hesabata görǝ dünya hər yeddi saniyədə bir, 15 yaşdan kiçik bir qız uşağı ǝrǝ verilir.

587178
“Hər yeddi saniyədə bir qız uşağı ailǝ qurur”

Yardım tǝşkilatınin hazırladığı ‘Hər bir qız uşağı’ adlı hesabatda ölkələr, tǝhsil, uşaq hesab edilǝn yaşda ailǝ qurmaq, hamilə olmaq, ana ölümləri və parlamentdəki qadın deputat sayına görə sadalanıb.

144 ölkənin olduğu siyahıda, ilk üç sırada, İsveç, Finlandiya və Norveç iştirak edərkən, bu ölkələri Hollandiya, Belçika və Danimarka izləyir.

Sıralamanın ən sonunda isə Çad, Niger, Mərkəzi Afrika Respublikası, Mali və Somali yer tutub.

Yardım tǝşkilatının araşdırmasına görə Əfqanıstan, Yəmən, Hindistan və Somalinin də aralarında olduğu bəzi ölkələrdə 10 yaşlı qız uşaqları belǝ ǝrǝ getmǝyǝ mǝcbur edilirlǝr. Bu da onların həyatlarının hər mǝrhǝlǝsindǝ çǝtinliklǝrlǝ qarşılaşmalarına sǝbǝb olur. Hesabatda hǝmçinin vurğulanıb ki, qız uşaqları kiçik yaşda ǝrǝ getmǝyǝ məcbur edən sǝbǝblǝrin başında qarşıdurma, yoxsulluq və insani böhranlar gedir.

Save the Children yardım tǝşkilatının İdarə heyətinin Başçısı Helle Thorning-Schmidt: “Uşaq yaşda evliliklər, qız uşaqlarını ən təməl öyrənmə, inkişaf və uşaq olma hüququndan məhrum edir. Erkən evlənən uşaq məktəbə gedə bilmir və ailə içi şiddət, təcavüz və təcavüzlə qarşılaşma ehtimalları artır. Hamilə qalırlar və HIV virusu da istisna olmamaqla bir çox xəstəliklərǝ yoluxmaq tǝhlükǝsi ilǝ qarşılaşırlar”.

Qaçqın düşərgələrində yaşayan qız uşaqlarının, kiçik yaşda ǝrǝ verildiyi ifadǝ edilǝn hesabatda, çox sayda qaçqın ailənin qız uşaqlarını yoxsulluqdan və cinsi təcavüzdǝn qorumaq üçün kiçik yaşda ǝrǝ vermǝk mǝcburiyyǝtindǝ qaldığı vuğulanıb.

UNICEF-in hesablamalarına görə, uşaq yaşda evləndirilənlǝrin sayı 700 milyondur. Ancaq 2030-da bu sayın 950 milyona çatacağı proqnozlaşdırılır.



Әlaqәli Xәbәrlәr