Kolumbiya hökuməti müxalifət ilə yeni bir dialoqa başlamağa hazırlaşır

Dövlət Başçısı Xuan Manuel Santos sülh razılaşmasına qarşı olanlar ilə milli razılıq əldə etməyin axtarışında olduqlarını söylədi.

582508
Kolumbiya hökuməti müxalifət ilə yeni bir dialoqa başlamağa hazırlaşır

Kolumbiyada hökumət Kolumbiya İnqilabçı Silahlı Qüvvələri (FARK) ilə bağlanan sülh razılaşmasına dair həftə sonunda keçirilən xalq səsverməsindən  "xeyr" cavabı alındıqdan sonra müxalifət ilə yeni bir dialoqa başlamağa hazırlaşır.
 
 Dövlət Başçısı Xuan Manuel Santos sülh razılaşmasına qarşı çıxan keçmiş Dövlət Başçısı Alvaro Uribenin rəhbərlik etdiyi "xeyr" tərəfdarları ilə milli razılıq əldə etməyin axtarışında olduqlarını söylədi.
 
 FARK ilə hökumətin Kübada 4 ildir davam edən görüşlərində Kolumbiya müxalifəti yer almamışdı.
 
Hökumət 52 ildir davam edən vətəndaş müharibəsinə son qoymaq üçün keçən həftə beynəlxalq səviyyədə bir tədbirlə sülh razılaşması əldə etmiş, lakin referenduma təqdim olunan razılaşma çox az bir fərqlə rədd edilmişdi.



Әlaqәli Xәbәrlәr