İsrail Ali Məhkəməsi sabiq baş nazir Ehud Olmertin apellyasiya şikayətini rədd etdi

İsrailin rəsmi radiosunun xəbərinə görə, Ali Məhkəmə mövcud 19 aylıq həbs cəzasına 8 ay da əlavə edib.

579438
İsrail Ali Məhkəməsi sabiq baş nazir Ehud Olmertin apellyasiya şikayətini rədd etdi

İsrail Ali Məhkəməsi korrupsiyada təqsirli bilinərək həbsxanaya göndərilən sabiq baş naziri Ehud Olmertin apellyasiya müraciətini rədd etdi.
 
 İsrailin rəsmi radiosunun xəbərinə görə, Ali Məhkəmə mövcud 19 aylıq həbs cəzasına 8 ay da əlavə edib.
 
Ali Məhkəmə ölkədəki son hüquqi instansiya olduğu üçün Olmertin 2 il 3 aylıq həbs cəzası dəqiqləşdi.
 
 Olmert məhkəmənin verdiyi qərardan sonra 19 aylıq həbs cəzasını çəkmək üçün fevral ayında həbsxanaya göndərilmişdi.
 
Sabiq baş nazir Olmert Qüds Bələdiyyə Sədri olduğu dövrdə "Holyland Park" əmlak layihəsində rüşvət almaqda günahlandırılmışdı.



Әlaqәli Xәbәrlәr