İraqda DEAŞ-ın 30 üzvü mәhv edildi

İraqın Әnbar vilayətində terror təşkilatı DEAŞ-a qarşı  həyata keçirilən əməliyyatlar nəticəsində  30 terrorçu məhv edildi.

579055
İraqda DEAŞ-ın 30 üzvü mәhv edildi

İraqın Әnbar vilayətində terror təşkilatı DEAŞ-a qarşı  həyata keçirilən əməliyyatlar nəticəsində  30 terrorçu məhv edildi.

 Ordu qüvvələri  beynəlxalq koalisiyaya aid  təyyarələrinin havadan dəstəyi ilə Ənbar  vilayətində  DEAŞ-ın nəzarətindəki  Ceziretud Dulab bölgəsinə əməliyyat təşkil etdi.

 Əməliyyat nəticəsində  bölgə terror təşkilatı DEAŞ-dan azad edildi. Qarşıdurmada terrorçulara aid iki bomba yüklü avtomobil, həmçinin terrorçuların  bölgəyə yerləşdirdiyi 213 partlayıcı qurğu  zәrәrsizlәşdirildi.



Әlaqәli Xәbәrlәr