Fələstinli qadın millət vəkillərinin çağırışı

Qəzza zolağına getmək məqsədi ilə hərəkət edən və sadəcə qadınlardan ibarət “Zaytouna (Zeytun) və “Amal” (Ümid) adlı gəmilərə beynəlxalq qoruma və dəstək üçün çağırış edilib.

578374
Fələstinli qadın millət vəkillərinin çağırışı

Fələstinli qadın millət vəkilləri İspaniyadan Qəzza zolağına getmək məqsədi ilə hərəkət edən və sadəcə qadınlardan ibarət “Zaytouna (Zeytun) və “Amal” (Ümid) adlı gəmilərə beynəlxalq qoruma və dəstək üçün çağırış edib.

“HƏMAS” hərəkatına mənsub bir qrup millət vəkili tərəfindən yayımlanan ortaq açıqlamada bildirilib ki, Qəzzaya tətbiq edilən mühasirə qərarını bozmaq məqsədilə yola düşən, 4-cü Azadlıq karvanına məxsus iki gəmiyə beynəlxalq qoruma təmin edilməli və həm media sahəsində həm də hüquq çərçivəsində dəstək olunmalıdır. İsrail bütün beynəlxalq qanun və normalara zidd rəftar edir və insanların hüquqlarını tapdalayır.

Qeyd edək ki,  içində qadınların olduğu Zeytun adlı gəmi sentyabrın 23-də Qəzzaya yola düşməmiş son dayanacağı olan İtaliyanın Sicilya adasındakı Mesinna şəhərinə çatmışdı.

Ümid adlı ikinci gəmi isə texniki problemə görə Barselonaya qayıtmışdı.

Azadlıq Karvanı Koalisiyası Türkiyə, Kanada, Meksika, İspaniya, Norveç, ABŞ və Avstraliya kimi dünyanın müxtəlif ölkələrindən qeyri-hökumət təşkilatlarının dəstəyi ilə hərəkət edir.

Koalisiya daha əvvəl də Qəzzaya getmək istəmişdi. Ancaq İsrail əsgərləri əngəl olmuşdu. Koalisiya gəmiləri bu dəfə “qadınların gücü” ilə bu maneəni aradan qaldıraraq, Qəzzaya çatmağı hədəfləyir.

Azadlıq Karvanı Koalisiyasında Türkiyədən Mavi Mərmərə adlı gəmidə şəhid olan Çətin Topçuoğlunun yoldaşı Çiğdəm Topçuoğlunun da aralarında olduğu 14 millətdən 15 qadın var. Gəmilərin oktyabr ayının ilk həftəsində Qəzzaya çatacağı gözlənilir.



Әlaqәli Xәbәrlәr