“Airbus” şirkəti İrana 17 ədəd sərnişin təyyarəsi satacaq

ABŞ  İran ilə 2015-ci il iyul ayında imzalanan nüvə sazişi çərçivəsində “Airbus” şirkətinin bu ölkəyə 17 ədəd sərnişin təyyarəsi satmağına icazə verib.

575036

Amerikalı və iranlı diplomatların BMT Baş Məclisinin toplantıları üçün bir araya gəldikləri  Nyu-Yorkda mövzuya dair razılıq əldə olunub.

Mərkəzi qərargahı Avropada yerləşən  “Airbus” şirkəti ABŞ Xəzinə Nazirliyi tərəfindən onlara verilən satış icazəsinin iki ölkə arasında qəbul edilən nüvə sazişi çərçivəsində və maliyyə vədlərinə uyğun olduğunu bildirib.

Qeyd edək ki, İran şirkətdən  bundan başqa da sərnişin təyyarəsi almaq niyyətindədir. Bu təyyarələrin ümumi dəyərinin isə 25 milyard dollar olduğu bildirilib.

Әlaqәli Xәbәrlәr