BMT Kıbrıs mövzusunda təşəbbüslərinə sürət qazandırır

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Pan Gi Mun tərəflər arasında qarşılıqlı etimad, qətiyyət və müsbət mühit yarandığını bildirb.

572591
BMT Kıbrıs mövzusunda təşəbbüslərinə sürət qazandırır

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Pan Gi Mun  Kıbrıs Rum icmasının lideri Nikos Anastasiadis ilə görüşündən sonra yazılı açıqlama verərək deyib ki, görüşdə Kıbrıs məsələsinin həlli üçün atılan addımlar dəyərləndirildi. Həmin prosesdə keçən ildən bəridir atılan addımlardan məmnunluq duyulduğu ifadə edildi. Tərəflər arasında qarşılıqlı etimad, qətiyyət və müsbət mühit yaranıb.

Cənubi Kıbrıs Rum idarəsinin rəhbəri Anastasiadis də Kıbrıs məsələsinin ilin axırınadək həllini tapmasının mümkün olduğunu söyləyib.

Anastasiadis BMT Baş katibinə rumların düşüncələrini şərh edən hər hansı mətin verib vermədiyi barədəki sual qarşısında “Bu addım doğru zamanda atılacaqdır.” deyə cavab verib.

 Rum lider bugün axşam BMT Təhlükəsizlik Şurasının üzvlərinə ziyafət verəcək, sentyabrın 23-də isə mətbuat konfransı təşkil edəcək.

ABŞ prezidentinin köməkçisi Co Bayden da Kıbrıs mövzusunda vasitəçi olacaq. Bayden Nyu-Yorkda həm Anastasiadis həm də Şimali Kıbrıs Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncı ilə təkbətək görüş keçirməyi planlaşdırır.

Bu arada Akıncı da görüşlərdə 4 başlıqda irəliləyiş olmasına baxmayaraq, hələ də razılıq əldə olunmayan mövzular olduğuna diqqət çəkib.

Akıncı siyasi həll yolu ilin axırına qədər mümkün ola biləcəyi təqdirdə qurucu konstitusiya və federal qanunların yazılması kimi texniki işlərin gələcək ilə təxirə salına biləcəyini qeyd edib.

BMT Baş katibinin Kıbrıs məsələsi üzrə xüsusi nümayəndəsi Ayde də məsələnin həllinin elə yaxın zamanda mümkün olmadığını, ortada həll edilməsi vacib olan ciddi mövzular olduğunu, özünün nikbin olmadığını, ancaq Akıncı və Anastasiadisin məsələnin həllinin mümkün olduğunu dilə gətirdiklərini, özünün də onlarla həmfikir olduğunu söyləyib.



Әlaqәli Xәbәrlәr