Pakistanda canlı bomba hücumu: 25 ölü, 20 yaralı

Təcavüzkarın məscidin həyətində özünü partlatdığı bildirilir.

571762
Pakistanda canlı bomba hücumu: 25 ölü, 20 yaralı

Pakistanın şimal-qərbində məscidə təşkil edilən hücumda 25 nəfər öldü, 20-i  yaralandı.
 
 Pakistanın hökumət mənbələri Mohmand qəbilələri bölgəsindəki  məscidə şəxsiyyəti naməlum olan canlı bomba tərəfindən hücum təşkil olunduğunu açıqladı.
 
 Təcavüzkarın məscidin həyətində özünü partlatdığı bildirilir.
 
 Yaralılar ətrafdakı xəstəxanalara çatdırılıb.
 
Hələ ki, hücuma görə məsuliyyəti üzərinə götürən yoxdur.



Әlaqәli Xәbәrlәr