Almaniyada DAEŞ üzvü olmaları iddiası ilə 3 suriyalı saxlanıldı.

Nəzarətə alınan şəxslərin qanlı Paris hücumu ilə də əlaqələri olduğu müəyyənləşdirildi.

570433
Almaniyada DAEŞ üzvü olmaları iddiası ilə 3 suriyalı saxlanıldı.

  Noyabrın 13-də 132 insanın həyatına son qoyan Paris terror hücumunun həyata keçirilməsində şübhəli bilinən şəxslər "bir tapşırığı yerinə yetirmək, və ya başqa təlimatlar üçün hazır olmaları səbəbindən" 2015-ci ilin noyabr ayında Almaniyaya daxil olmaqda günahlandırdı.
 
 Şübhəlilərdən birinin 2015-ci ilin sentyabrında Rakkada DAEŞ-ə qoşulduğu və qısa müddət ərzində silah və bomba təlimi aldığı qeyd olunur.
 
 Şübhəlilərin yaxalandığı geniş miqyaslı əməliyyatda 200 polis  3 qaçqın yurdunda və bəzi evlərdə axtarış işləri aparıb.
 
 Hadisə ilə əlaqədar olaraq məlumat verən Almaniyanın Daxili İşlər Naziri Thomas de Maiziere bütün dəlillərin terror təşkilatı DAEŞ-i göstərdiyini söylədi.



Әlaqәli Xәbәrlәr