Hillari Klinton qızının evində xəstə yatır

Amerika Birləşmiş Ştatlarında (ABŞ) 8 noyabrda ediləcək prezident seçkilərində Demokratlar Partiyasının prezidentliyə namizədi Hilari Klinton xəstələnib

569696
Hillari Klinton qızının evində xəstə yatır

   Nyu Yorkda 11 Sentyabr hücumlarının ildönümü mərasiminə qatılan H.Klinton səhhətində narahatlıq hiss etdiyi üçün tədbirdən erkən ayrılıb.

  Klintonun isti havadan təsirləndiyi və hal-hazırda qızının evində istirahət etdiyi bildirilib. Hillarini müayinə edən həkimlər isə prezidentliyə namizədin sətəlcəm olduğunu söyləyib.

  Respublikaçılar Klintonun sağlamlığının ABŞ prezidenti olmağa yaramadığını iddia edir.

  Xatırladaq ki, Hillari Klinton 2012-ci ildə huşunu itirərək beyin sarsıntısı keçirmiş, bunun mədə virusu və həddindən artıq su itkisindən qaynaqlandığı bildirilmişdi.



Әlaqәli Xәbәrlәr