Fransua Oland Məsud Bərzanini qǝbul edib

İraq Kürd Regional Rəhbərliyinin başçısı Məsud Bərzani Fransaya sǝfǝri çǝrçivǝsindǝ prezident Fransua Oland  tǝrǝfindǝn  Parisdəki Elysee (Elize) Sarayında  qǝbul  edilib.

568129
Fransua Oland Məsud Bərzanini qǝbul edib

Görüş zamanı, terror təşkilatı DEAŞ-a qarşı mübarizǝ və İraqa nǝzǝrdǝ tutulan silah yardımı kimi mövzular müzakirǝ edilib.

Fransa prezidenti Fransua Oland keçən həftə DEAŞ-a qarşı mübarizǝ çǝrçivǝsindǝ İraqa hǝrbi texnika yardım edǝcǝyini bǝyan etmişdi. Fransa müdafiə naziri Jean-Yves Le Drian da təyyarə gəmisinin DEAŞ-a qarşı mübarizǝ çǝrçivǝsindǝ qarşıdakı günlǝrdǝ bölgəyə göndəriləcəyini bildirmişdi.



Әlaqәli Xәbәrlәr