Dünyada ilk üz nəqli əməliyyatı edilən qadın vəfat etdi

Qadının üz nəqli ilə bağlı olan sağlamlıq problemindən, yoxsa başqa bir səbəbdən öldüyü barədə məlumat verilmir.

566979
Dünyada ilk üz nəqli əməliyyatı  edilən qadın vəfat etdi

2005-ci ildə ilk dəfə qismən üz nəqli həyata keçirilən fransız İsabelle Dinoire vəfat etdi.
 
 Fransanın şimalındakı Amiens Universiteti Xəstəxanasının verdiyi açıqlamada 49 yaşındakı Dinoirein aprel ayında bir xəstəlik səbəbindən həyatını itirdiyi, ancaq ailəsinin istəyi ilə bu vaxta qədər ölüm xəbərinin ictimaiyyətə açıqlanmadığı qeyd olunur.
 
 Açıqlamada qadının üz nəqli ilə bağlı olan sağlamlıq problemindən, yoxsa başqa bir səbəbdən öldüyü barədə  məlumat verilmir.
 
 İtinin üzünü dişləyib tamamilə parçalamasından sonra İzabellaya 2005-ci ildə fransalı həkimlər Bernard Devauchelle ve Jean-Michel Dubernard tərəfindən ilk qismi üz nəqli edilmişdi. 

 Bu əməliyyat üz nəql əməliyyatları sahəsində bir eranın başladılması baxımından əhəmiyyət daşıyırdı.



Әlaqәli Xәbәrlәr