"Bu cəhd siyasi və mülki zəlzələ oldu", B.Obama

Obama Türkiyə ilə təhlükəsizlik sahəsindəki əlaqələrin eyni səviyyədə davam etdiyini söyləyib

564194
"Bu cəhd siyasi və mülki zəlzələ oldu", B.Obama

  ABŞ prezidenti Barak Obama Türkiyənin terror təşkilatı DAEŞ-lə mübarizədə əhəmiyyətli bir müttəfiq olduğunu bildirib.

  Bazar günü G 20 Zirvə Toplantısının keçiriləcəyi Çin Xalq Respublikasına hərəkətindən əvvəl "CCN International"ın suallarına cavab verən Obama Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin 15 iyuldakı çevriliş cəhdini "siyasi və mülki zəlzələ" adlandırıb. Amerika prezidenti bildirib ki, “İndi bərpa işləri aparmaq məcburiyyətində qalan Türkiyə və xalqına biz də dəstək vermək istəyirik”.

  Türkiyə ilə təhlükəsizlik əlaqələrində geriləmə olmadığını söyləyən Barak Obama bu ölkənin güclü bir NATO üzvü olmağa davam etdiyini də vurğulayıb.

  Çin Xalq Respublikasındakı G 20 Toplantısında Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bazar günü Barak Obama ilə görüşəcək.



Әlaqәli Xәbәrlәr