ABŞ-ın Alyaska ştatında iki yüngül mühərrikli təyyarə toqquşub

ABŞ-ın Alyaska ştatında iki yüngül mühərrikli təyyarənin toqquşması nəticəsində 5 nəfər həyatını itirib.

563100
ABŞ-ın Alyaska ştatında iki yüngül mühərrikli təyyarə toqquşub

ABŞ-ın Alyaska ştatında iki yüngül mühərrikli təyyarənin toqquşması nəticəsində 5 nəfər həyatını itirib.

Əldə edilən məlumata əsasən, göyərtəsində üç nəfərin olduğu "Cessna 208 Caravan” növ təyyarə ilə əlaqənin kəsilməsindən sonra Alyaska Milli Mühafizləri bölgədə axtarışa başlayıb.

Həmin radələrdə göyərtəsində iki nəfərin olduğu “Piper PA-18 Super Cub”növ bir təyyarə ilə də əlaqənin kəsilməsi nəticəsində bu təyyarələrin  toqquşmuş ola biləcəyi dəyərləndirilib.

Axtarış nəticəsində iki təyyarənin qalıqları Bethel şəhərinin 100 km. aralıda tapılıb.

Qəza zamanı havanın buludsuz olduğu və toqquşmanın səbəbinin hələ də məlumat olmadığı bildirilib. Qəzanın səbəbləri araşdırılır.



Әlaqәli Xәbәrlәr