Somalidə Prezident Sarayı yaxınlığında təşkil olunan hücumda ölənlərin sayı 22 oldu

Partlayış nəticəsində aralarında bir nazir olmaqla, 50 nəfər də yaralanıb.

562142
Somalidə Prezident Sarayı yaxınlığında təşkil olunan hücumda ölənlərin sayı 22 oldu

Somalidə paytaxt Mogadişuda bomba yüklənmiş maşınla Prezident Sarayı yaxınlığında təşkil olunan hücumda ölənlərin sayı 22-yə çatdı.
 
 Prezident Sarayı yaxınlığında yerləşən oteli hədəf aldığı bildirilən partlayıcı yüklü maşın oteli çevrələyən divarın cənub tərəfinə dəydi.
 
 Oteldə nazir və siyasətçilərin iştirak etdiyi  təhlükəsizlik toplantısı keçirilirdi.
 
 Partlayış nəticəsində otelə böyük zərər dəyib.

Aralarında bir nazir olmaqla, 50 nəfər də yaralı var.
 
 Hücuma görə məsuliyyəti Əl-Qaidə ilə sıx əlaqəsi olan Əş Şəbab terror təşkilatı  öz üzərinə götürdü.
 
 Türkiyə təcavüzü qınadığı və lənətlədiyi barədə açıqlama verdi.
 
 Türkiyə Xarici işlər Nazirliyindən verilən açıqlamada: "Türkiyə dost və qardaş Somali xalqına sülh və sabitlik əldə etməsi üçün hər növ dəstək verməyə qətiyyətlə davam edəcəkdir" deyilir.
 



Әlaqәli Xәbәrlәr