Qadınlar da məcburi əsgərlik çəkəcəklər

Norveç NATO üzvü ölkələr arasında qadınların məcburi əsgərlik çəkdiyi ilk ölkə olacaq.

559894
Qadınlar da məcburi əsgərlik çəkəcəklər

Bu qərara əsasən, 19 yaşı tamam olduqdan sonra norveçli qadınlar da kişilər kimi əsgərlik xidmətini yerinə yetirmək üçün lazimi mühafizə orqanlarına təhvil veriləcək.

Məcburi əsgərlik xidmətini yerinə yetirən qadın və kişilər eyni yataqxanalarda qalacaq.

Qeyd edək ki, 2013-cü ildə müzakirə olunmaq üçün Parlamentə təqdim edilən bu qanunun tətbiqinə bir müddət əvvəl başlanılıb.

Ölkənin şimalında yerləşən Setermoenda vəzifəyə başlayan bir qrup qadın əsgər atıcılıq və yaxın döyüş məşqləri ilə təlimlərinin əsas hissəsinə başlayıblar.

Xatırladaq ki, Norveçdə qadınların orduya qatılması yeni hadisə deyil. Təxminən 40 ildir ki, norveçli qadınlar könüllülük prinsipi əsasında orduda xidmət edirlər.

Orduda əhəmiyyətli vəzifələrdə çalışan qadın zabitlərdən bəziləri 1990-cı illərdə jet pilotu və dənizaltı komandirlik kimi əhəmiyyətli vəzifələrə qədər yüksəlmişdi.

Ölkədəki son beş Müdafiə Nazirinin dördü isə qadın vəkillər arasından seçilib.



Әlaqәli Xәbәrlәr