Pakistanda dövlət televiziya kanalına hüçum oldu

Ətrafa atəş açan etirazçılar  televiziya kanalındakı cihazlara zərər verdilər.

557172
Pakistanda dövlət televiziya kanalına hüçum oldu

Pakistanda müxalifət partiyalarından biri olan  Birləşmiş Milli Hərəkat Partiyasının tərəfdarları bir neçə partiya üzvlərinin nəzarətə alınmasına etiraz olaraq başladıqları aclıq aksiyasının "mediada kifayət qədər əks olunmadığı" səbəbilə dövlət kanalının Karaçi ofisinə hücum etdilər.
 
 Ətrafa atəş açan etirazçılar  televiziya kanalındakı cihazlara zərər verdilər.
 
 Polis nümayişçilərə gözyaşardıcı  qaz və plastik güllələrlə müdaxilə etdi.
 
 Hücum haqqında təlimatın İngiltərənin paytaxtı Londonda sürgündə yaşayan partiyanın lideri Altaf Hüseynin verdiyi irəli sürülür.
 
 Müxalif partiyanın bəzi rəhbərlərinin də aralarında olduğu 12 nəfər saxlanılıb.
 
 Birləşmiş Milli Hərəkat Partiyası Karaçi və Heydərabad şəhərlərində öndə olan partiya olaraq tanınır.



Әlaqәli Xәbәrlәr