İsrail əsgərləri beş fələstinlini yaralayıb

İsrail əsgərləri İordan çayının qərb sahilində təşkil etdikləri hücumlarda beş fələstinlini yaralayıb, 15-ini isə nəzarət altına alıblar.

557646
İsrail əsgərləri beş fələstinlini yaralayıb

İsrail əsgərləri İordan çayının qərb sahilində təşkil etdikləri hücumlarda beş fələstinlini yaralayıb, 15-ini isə nəzarət altına alıblar.

İsrail əsgərlərinin Beytullahimin tərkibində olan ed-Dohaya hücum edib ev və iş yerlərində axtarış aparması yerli sakinlərin  narazılığına səbəb olub.  Əsgərlər onlara daş ataraq etiraz edən fələstinlilərə həqiqi, plastik güllə, eləcə də gözyaşardıcı qazla cavab veriblər.

Beytullahimdəki Beyt Cala xəstəxanasından israil əsgərlərinin müdaxiləsi nəticəsində həqiqi mərmi ilə yaralanan beş fələstinlinin xəstəxanada müalicə edildiyi bildirilib.

İsrail ordusu isə verdiyi açıqlamada gecə saatlarında İordan çayının qərb sahilinin şimal və cənub bölgələrində əməliyyat həyata keçirən təhlükəsizlik qüvvələrinə qarşı çıxan 15 fələstinlinin nəzarət altına alındığını vurğulayıb.



Әlaqәli Xәbәrlәr